Roma Papası: “Qarabağ bütün azərbaycanlılar üçün ağrılı məsələdir”

  • By admin
  • 14 Sentyabr 2016 12:44
rom
Qarabağ məsələsi bütün azərbaycanlılar üçün ağrılı məsələdir.
Gununsesi.info xəbər verir ki, bu fikri  Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Roma papasının Azərbaycana gözlənilən səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi 25 ilə yaxındır davam edir və bu məslə bütün azərbaycanlılar üçün ən ağrılı yeridir.
V. Fekete deyib ki, münaqişənin həlli siyasətçi və diplomatların  işidir: “Lakin katolik kilsəsi olaraq biz deyirik ki, hamımız qardaşıq. Düşünürük ki, bütün münaqişələr danışıqlar masası arxasında həll olunmalıdır. Papa deyir ki, müharibə və zorakılıq həmişə daha çox zorakılıq gətirir. Münaqişələr sülh və diplomatik yolla həll olunmalıdır”.
Roma Papası Azərbaycana oktyabrın 2-də səfər edəcək.
Gununsesi.info