Roma Papası: Rusiya-Ukrayna müharibəsinin sonu görünmür

  • By admin
  • 26 Fevral 2024 08:35

Katoliklərin ruhani lideri və Vatikanın başçısı Papa Fransisk üçüncü ildir davam edən Rusiya-Ukrayna müharibəsi üçün daimi və ədalətli sülh axtarışında diplomatik həll yolu tapmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, Papa ənənəvi bazar ayinini Vatikanda Müqəddəs Pyotr bazilikasna baxan ofisinin pəncərəsindən edib.

Ukrayna müharibəsinin başlamasının 2-ci ildönümü olduğunu xatırladan Papa Fransisk çoxlu sayda insanın həyatını itirdiyi, yaralandığı və dağıntılar yaşadığı bu dövrün dəhşətli dərəcədə uzandığını və sonunun görünmədiyini bildirib.

“Bu, nəinki Avropanın həmin hissəsini məhv edən, həm də qlobal qorxu və nifrət dalğasını doğuran müharibədir. Mən əzab çəkən Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm və hamıya, xüsusən də günahsız qurbanlara dua edirəm. Ədalətli və davamlı sülh sizdən xahiş edirəm ki, axtarışlarınızda bizə diplomatik həll üçün şərait yaratmağa imkan verəcək bir qədər insanlıq tapın”, – Papa bildirib.

Yaxın Şərqə də toxunan Papa Fransisk yaralı və əziyyət çəkən günahsız uşaqları düşünməli olduqlarını vurğulayıb.

 

Gununsesi.info