Roma Papası sabah ictimaiyyət qarşısına çıxacaq

Roma Papası I Fransisk bazar günü beş həftədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxmağı və ikiqat pnevmoniya ilə mübarizə apardığı Gemelli xəstəxanasındakı otağının pəncərəsindən xeyir-dua verməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki. bu barədə “Reuters” Vatikana istinadən məlumat yayıb.

88 yaşlı Fransisk fevralın 14-də uzun müddətli müalicə tələb edən ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada qaldığı bütün müddət ərzində Papa yalnız bir dəfə görünüb – keçən həftə Vatikan tərəfindən yayılan fotoşəkildə pontifik xəstəxana kapellasında dua edərkən diqqət çəkib.

Vatikanın şənbə günü verdiyi qısa bəyanata görə, I Francisk salamlamaq və xeyir-dua vermək üçün bazar günü günorta saatlarında xəstəxananın pəncərəsinə yaxınlaşacaq.

Papa adətən bazar günləri Müqəddəs Pyotr meydanında həftəlik günorta duaları edirdi. O, xəstəxanaya yerləşdirildiyi fevralın 9-dan bəri bunu edə bilmir.

Vatikan bəyan edib ki, Fransisk bazar günü dua etməyəcək, bu, papanın hələ də sətəlcəm xəstəliyindən müalicəsini davam etdirdiyinə işarədir, ancaq salam vermək üçün pəncərəyə yaxınlaşacaq.

 

 

Gununsesi.info