Roma papası Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib

  • By admin
  • 25 Fevral 2022 18:12

Roma papası Fransisk Rusiya – Ukrayna münaqişəsində vasitəçilik təşəbbüsünü irəli sürüb.

Gununsesi.info “Telam”-a istinadən xəbər verir ki, bu məsələni katolik kilsəsinin ruhani lideri Vatikanda Rusiya səfiri Aleksandr Avdeyevlə müzakirə edib.

Xarici KİV-ə görə, Roma papası səfirlə söhbət zamanı müharibədən dərin narahatlığını ifadə edərək qarşıdurmaya son qoymaq üçün dialoqa çağırış edib.

 

 

Gununsesi.info