Fevralın 27-si Vatıkanın mətbuat xidməti Roma Papası Fransiskin bu günə nəzərdə tutulan messanı keçirtməyəcəyi barədə məlumat yayıb.
Gununsesi.org “RAİ”ya istinadən xəbər verir ki, buna səbəb Roma Papasının özünü yaxşı hiss etməməsi olub.
Pontifikin nədən əziyyət çəkdiyi barədə məlumat verilmir.
Qeyd etmək lazımdır ki, bu xəbər katolikləri olduqca narahat edib.
İtaliyada artıq bir neçə müddətdir ki koronavirusa görə panika müşahidə olunur.
Ölkədə artıq 528 nəfər bu xəstəliyə yoluxub.
Onlardan 14 nəfəri dünyasını dəyişib, 35 nəfəri isə kritik vəziyyətdədir.