Roma Papasına Arakan qadağası

  • By admin
  • 27 Noyabr 2017 21:51


Myanmada səfərdə olan Roma Papası Fransiskə Myanmar Katolik kilsəsi və Buddist keşiş qrupları Arakan böhranına görə “arakanlı” ifadəsini işlətməməsi haqqında xəbərdarlıq ediblər.

Gununsesi.info xəbər verir ki, Myanma Baş Qərargah rəsi Papa ilə görüşdə “Myanmarda dini ayrı-seçkilik yoxdur” sözlərini deyib. Myanmar Katolik kilsəsi ölkədə rəsmi olaraq tanınan bir azlıq olmadığını bildirərək, bu ifadənin işlənməsini istəməyib. Həmçinin ölkənin aparıcı Buddist keşiş qrupu isə Papaya islamdan danışmağın problem olmadığını, lakin “arakanlı” sözünün işlənməsinin qəbul edilməz olduğunu bildirib.

Gununsesi.info