Roma Papası Fransisk Qəzza zolağında yaralılara təcili yardım göstərməyə və eksklavın mülki əhalisinin təhlükəsizliyini təmin etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri də girovları azad etməyə çağırıb.
“Mən əzab çəkən hər kəsin, fələstinlilərin və israillilərin yanındayam. Bu qaranlıq dövrdə mən onları qucaqlayıram və onlar üçün ürəkdən dua edirəm. Qoy silahlar sussun. Silahlar heç vaxt sülh gətirmir, münaqişələr yayılmamalıdır”, – pontifik bildirib.
Gununsesi.info