Roma Papasından Qəzza zolağında atəşkəs ÇAĞIRIŞI

  • By admin
  • 30 Oktyabr 2023 09:27

Roma Papası Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağına humanitar yardım və girovların azad edilməsinə çağırıb.

Gununsesi.info xəbər verir ki, pontifik Müqəddəs Pyotr meydanında ənənəvi bazar xütbəsindən sonra Apostol sarayının pəncərəsindən dindarlara müraciət edərək deyib.

O, Yaxın Şərqdəki “çətin vəziyyətdən” danışarkən qeyd edib ki, xüsusilə Qəzzada humanitar yardımın göstərilməsinə zəmanət vermək mümkün olmalıdır.

Papanın çıxışı İsrail əsgərlərinin Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatlarını genişləndirdiyi vaxta təsadüf edib.

Gununsesi.info