Roma Papasından xəbərdarlıq: Demokratiya yaxşı durumda deyil

Roma Papası Fransisk İtaliyanın Triest şəhərində səfəri çərçivəsində minlərlə insana müraciət edib.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, Kotolik kilsəsinin lideri qlobal demokratiyanın vəziyyəti və funksionallığı ilə bağlı çıxış edib.

Papa 8500 insana üz tutaraq deyib: “Düzünü desək, bugünkü dünyada demokratiyanın vəziyyəti yaxşı deyil. Laqeydlik demokratiya üçün xərçəngdir və hər şeydən uzaq durmaqdır”.

Papa, həmçinin Ukraynada, Fələstində, Sudanda, Myanmada və müharibənin olduğu hər yerdə sülh üçün dua etməyə və çalışmağa söz verib.

 

 

Ceyhun

Gununsesi.info