Roma və Budapeşt arasında diplomatik skandal – SƏBƏB

  • By admin
  • 31 Yanvar 2024 09:15

İtaliya neonasist tərəfdarlarına qarşı zorakı hücumlarda iştirak etdiyi iddiası ilə Macarıstanda saxlanılan 39 yaşlı vətəndaşı İlaria Salisin vəziyyətindən qəzəblənib.

Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Macarıstan prokurorları iddia edir ki, Salis və digər iki müttəhim Macarıstana “həddindən artıq sağçı hesab edilən insanlara ciddi zərər verə biləcək sürətli hücumlar etmək” üçün qəsdən gəliblər.

Ağır bədən xəsarəti yetirmək üçün sui-qəsd təşkil etməkdə ittiham olunan italyan qadın özünü təqsirli bilməyib.

Salisin işi ilk dəfə ötən ilin oktyabrında atası qadının ağır şəraitdə saxlandığını iddia edəndə İtaliyanın diqqətini çəkib. Və Salisin keçmiş kamera yoldaşı iddia edir ki, o, qəsdən “siçovul və həşəratlarla dolu” kamerada saxlanılır.

Bazar ertəsi, yanvarın 29-da İtaliya mediası Salis-in məhkəmədə əlləri və ayaqları qolbaqlanmış şəklini yayaraq, İtaliyanın xarici işlər naziri Antonio Tajaninin dərhal qəzəbinə səbəb olub. Ertəsi gün o, həddindən artıq təhlükəsizlik tədbirləri barədə danışdığı Macarıstan səfirinə çağırış elan edib.

Qadının vəkillərindən biri Eugenio Losco bu cür davranışın Avropa İnsan Haqları Konvensiyasını pozduğunu iddia edir. O, həmçinin Salisin müdafiə hüququnun pozulmasından, müəyyən iş materiallarının tərcüməsini verməkdən imtina etməsindən danışır.

İtaliyanın baş naziri Corciya Maloni İlaria Salisin saxlanması ilə bağlı vəziyyətə hələ cavab verməyib, baxmayaraq ki, həm hökumət koalisiyasının, həm də müxalifətin nümayəndələri onu fəal şəkildə buna çağırırlar.

Bu, Roma və Budapeştin iyunda keçiriləcək seçkilər ərəfəsində baş nazir Viktor Orbanın Fides partiyasını Avropa Parlamentində Melonun Avropa Mühafizəkarlar və İslahatçılar qrupuna daxil etmək səylərinə kölgə sala bilər.

Gununsesi.info