Roman Heydərovla Məmmədəli Mehdiyev də “İslamiada” çempionu oldu…

  • By admin
  • 14 May 2017 19:39

islam

Mayın 14-də Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017” IV Avropa Oyunlarının finalında qalib, Oyunların qızıl medalını qazanıb.

Gununsesi.info xəbər verir ki, R.Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri “Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.

Bürünc medallara misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi sahib olublar.

Roman Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Karateçimiz dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2 hesabı ilə qalib gəlib. O, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabarı 5:0 hesabı ilə məğlub edib.

Roman Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi olub. O, həmçinin Avropa çempionatının ikiqat bürünc medalçısıdır.

***

Cüdo yarışlarının ikinci günündə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gənclər arasında Avropa birinciliyinin, Ümumdünya Tələbə Universiadasının bürünc medalçısı olan Məmmədəli Mehdiyev Qran-pri və “Böyük dəbilqə” turnirlərinin qalibi və mükafatçısıdır. O, həmçinin Avropa kubokunda birinci yerin sahibi olub.

Gununsesi.info