Romantik Venesiya şəhəri su altında qaldı – FOTOLAR/VİDEO

  • By admin
  • 13 Noyabr 2019 08:28

İtaliyanın Venesiya şəhəri güclü daşqın səbəbindən su altında qalıb. Suyun səviyyəsi 127 sm olmaqla kritikdir.

“Vesti.ru” bildirir ki, Müqəddəs Mark meydanının üçdən biri, eləcə də eyniadlı kilsə də su altında qalıb. Şəhərdə ya uzunboğaz çəkmələrdə, ya da xüsusi döşənəklərdə hərəkət etmək olur.

 

Venesiyadakı “yüksək su” mövsümü güclü  yağış yağdığına görə,  dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilir. Şəhər rəhbərliyi iki ildən sonra xüsusi müdafiə maneəsi sisteminin quraşdırılacağına söz verib.

 

 

 

 

Gununsesi.org