“Romeo və Culyetta” filminin aktyoru vəfat edib

  • By admin
  • 07 Avqust 2020 17:45

Kanadalı aktyor Brent Karver 69 yaşında dünyasını dəyişib.

Gununsesi.info “The New York Post”a istinadən xəbər verir ki, aktyor Kanadanın qərbində yerləşən Kranbruk şəhərindəki evində vəfat edib.

B.Karverin ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, izləyicilər Brent Karveri “Romeo və Culyetta”, “Dünyaların müharibəsi”, “Yuxulu dərənin əfsanəsi” kimi məşhur filmlərindən tanıyır.

 

 

Gununsesi.info