“Barselona” və Braziliya yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo futbol üzrə həbsxana turnirində iştirak edib və komandasına finalda qalib gəlməyə kömək edib.
Gununsesiaz.info bildirir ki, bu barədə jurnalist Santyaqo Ravildas Tvitter hesabında məlumat verib.
Həlledici matçda 39 yaşlı Ronaldinyonun komandası 11:2 hesabı ilə qalib gəlib. O, komandasının vurduğu hər bir qolda iştirak edib. Futbolçunun hesabında beş qol və altı nəticəli ötürmə var.
Braziliyalının və onun qardaşının saxlanıldığı Paraqvay həbsxanasında futbol turninin keçirilməsi martın 10-da məlum olub. Onda müəssisənin rəhbərliyi bildirirdi ki, Ronaldinyo orada fəxri qonaq qismində iştirak edib. Bununla yanaşı, qeyd olunurdu ki, yarışmaların təşkili həbsxanaya braziliyalının gəlişi ilə bağlı deyil, turnir müntəzəm keçirilir.
Qeyd edək ki, Ronaldinyo və onun qardaşı Roberto ölkəyə martın 4-də gəliblər. Braziliyalının hotel nömrəsində aparılan axtarışlardan sonra polis orada “Barselona”nın keçmiş oyunçusu və onun qardaşının adına olan saxta Paraqvay pasportları tapıb.
Gununsesiaz.info