Ronaldinyo yenidən “Barselona”da

  • By admin
  • 04 Sentyabr 2016 22:05

ro

 

36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb.

Gununsesi.info xəbər verir ki, ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.

Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.

“Barselona” sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.

Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo 145 oyuna 70 qol vurub.

 

Gununsesi.info