Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb

Braziliya futbolunun əfsanəsi Rondlinyonun ev dustaqlığı davam edəcək.

Gununsesi.org-un məlumatına görə, Paraqvayda saxlanılan sabiq futbolçunun apelyasiya şikayəti təmin edilməyib.

Martın 7-də saxlanılan Ronaldinyo bir müddət həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Onun həbsinə səbəb Paraqvaya saxta sənədlərlə yollanmasıdır. Onun əsl pasportu isə cərimələri ödəmədiyi üçün Braziliyada əlindən alınıb.

Qeyd edək ki, onun həbsdə olduğu vaxt sabiq klubu “Barselona”dan yardım aldığı bildirilir.

 

 

Gununsesi.org