Xəbər verdiyimiz kimi, “Real”ın ulduz futbolçusu Krişitanu Ronaldo əkiz övlad atası olub.
“Qafqazinfo” xəbər verir ki, idmançı iyunun 8-də doğulan körpələrin fotosunu paylaşıb. O, şəklə bu şərhi verib: “Həyatımın iki sevincini qucağımda tutduğum üçün elə xoşbəxtəm ki,..”
Qeyd edək ki, Ronaldonun 2 uşağı surroqat ana vasitəsilə süni mayalanma yolu ilə dünyaya gəlib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib. Ulduz hücumçunun böyük oğlu Ronaldo Juniorun artıq 6 yaşı var.
Gununsesi.info