Ronaldo 6 milyona kirayələdiyi malikanədən köçdü

  • By admin
  • 18 Sentyabr 2021 13:59

“Mançester Yunayted” klubunun məşhur hücumçusu Kriştiano Ronaldo Çeşir qraflığında 6 milyon funt-sterlinqə kirayələdiyi malikanədən bir həftə sonra köçüb.

Gununsesi.info “Milliyet”ə istinadla xəbər verir ki, K.Ronaldonun sevgilisi və 4 uşağı ilə birgə yaşamaq üçün kirayələdiyi malikanədən köçmə səbəbi kimi yaxınlıqdakı fermadan gələn qoyun səsləri göstərilirdi.

Lakin bir müddət sonra ərazidə yaşayan sakinlər Ronaldonun köçməsinin səbəbinin qoyun səsləri ilə əlaqədar olmadığını dilə gətiriblər. Onlar malikanənin yataq otağının bayırdan açıq-aydın şəkildə göründüyü üçün ulduzun bu cür addım atdığını söyləyiblər.

Sakinlər bildiriblər ki, Kriştiano Ronaldonun heyranları cütlüyün evinə və özlərinə tamaşa etmək üçün malikanənin yaxınlığından və pəncərədən kirayələnmiş mülkə boylanırlarmış. Futbolçu isə bunları həzm edə bilməyib.

Gununsesi.info