
Madrid “Real”ının və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo Avropada “İlin ən yaxşı idmançısı -2016” mükafatına layiq görülüb.
Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, o, Avropanın 27 xəbər agentliyinin nümayəndələri arasında aparılan sorğuda ən çox səs toplayan namizəd olub.
Qeyd edək ki, K. Ronaldo bütün karyerası dövründə 4-cü dəfə “Qızıl top” (2016-cı il) mükafatını qazanıb, 2 dəfə isə Avropanın “Ən yaxşı oyunçusu” seçilib.
Gununsesi.info