Ronaldo bu səbəbdən döymə etdirmir – foto

  • By admin
  • 04 Aprel 2018 21:03


Futbolçu Kriştiano Ronaldo haqda maraqlı fakt ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, bir çox futbolçunun bədənində döymələrin olduğu halda, Ronaldoda bunu görmək mümkün deyil.

Məlumata görə, Kriştianonun döymə etdirməməsinin səbəbi qan verə bilməyəcəyi ilə bağlıdır.

Belə ki, tez-tez qan vermə aksiyalarında iştirak edən idmançı, hətta həmkarı Karlos Martinsin oğlu üçün ilik də verib.

Bu barədə özü məlumat verən Ronaldo “Martinsin oğlunun vəziyyətini bilirdik. Bütün dostlar ona kömək etməyə hazır idi. Amma bir çoxu ilik vermənin çətin olduğunu düşünürdü. Bu da qanvermə kimi bir şeydir”, – demişdi.

Qeyd edək ki, döymə etdirən insan infeksiya səbəbinə görə, ən azı 6 ay qan verə bilməz. Ümumiyyətlə, “Qızıl Xaç” komitəsi də son illər döymə edənlərin sayının artdığına görə, qan verənlərin sayının azaldığını bildirib.

Xatırladaq ki, futbolçular arasında döymələri ilə ən çox yadda qalanlar Zlatan İbrahimovic, Radja Nainggolan və Dani Alvesdir.

Gununsesi.info