Ronaldo dünyanın ən yüksək maaş alan idmançısı oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin ən yüksək maaş alan idmançısı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Sportico məlumat yayıb.

Nəşrin məlumatına görə, Ronaldo Səudiyyə klubuyla olan müqaviləsi əsasında keçən il 215 milyon dollar qazandığı halda, əlavə olaraq reklam müqavilələrindən 45 milyon dollar daha əldə edib.

İkinci sırada “Golden State” klubunun amerikalı basketbolçusu Stiven Kəri ($153 milyon), üçüncü sırada isə britaniyalı boksçu Tayson Fyuri ($147 milyon) yer alıb.

Siyahıya daxil olan digər idmançılar arasında argentinalı futbolçu Lionel Messi ($135 milyon), amerikalı basketbolçu Lebron Ceyms ($133,2 milyon), braziliyalı futbolçu Neymar ($133 milyon), ukraynalı boksçu Aleksandr Usik ($122 milyon), fransız futbolçuları Karim Benzema ($116 milyon) və Kylian Mbappé ($110 milyon), eləcə də ispaniyalı golfçu Con Ram ($105,8 milyon) var.

Şəbnəm

Gununsesi.info