Ronaldo het-trik etdi, komandası çətin qələbə qazandı

  • By admin
  • 16 Aprel 2022 20:44

İngiltərə Premyer Liqasında “Mançester Yunayted” növbəti oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, “qırmızı şeytanlar” “Norviç”i qəbul edib.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda Kristiano Ronaldonun het-triki sayəsində qələbə qazanıb. Portuqaliyalı hücumçu 7-ci, 32-ci və 76-cı dəqiqələrdə rəqibi məyus edib.

Qonaqlarda isə 45+1-ci dəqiqədə Kiran Dauell və 52-ci dəqiqədə Teemu Pukki fərqlənib.

Xallarının sayını 54-ə çatdıran “Mançester Yunayted” 5-ci pillədə qərarlaşıb.

Gununsesi.info