Ronaldo “ilin adam”ı seçildi

  • By admin
  • 23 Dekabr 2016 11:01

ronaldo

Kristiano Ronaldo Fələstində “ilin adamı” seçilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə AS nəşri xəbər yayıb.

Bildirilib ki, Fələstində prezident Mahmud Abbas da daxil olmaqla 1200 nəfərin iştirak etdiyi təntənəli mərasimdə qalib kimi portuqaliyalı oyunçu elan olunub.
Advertising 12
Mükafatın bu yaxınlarda İspaniyaya aparılacağı və futbolçuya şəxsən təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, daim Fələstinə yardımları ilə seçilən Ronaldo bu il ailəsi bombardmanda tələf olmuş 5 yaşlı uşaqla görüşmüşdü.

Gununsesi.info