Ronaldo koronavirusa yoluxub

  • By admin
  • 02 Yanvar 2022 23:58

Futbol üzrə ikiqat dünya çempionu, həmçinin Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Kruzeyro”nun mətbuat xidməti məlumat yayıb.

O, xəstəliyi səbəbindən klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. Yanvarın 2-də “Kruzeyro”nun 101 yaşı tamam olub.

Qeyd edilir ki, Ronaldo özünü təcrid edib, o özünü yaxşı hiss edir. Futbol üzrə ikiqat dünya çempionu xəstəliyi yüngül keçirir, onda COVID-19-un yüngül əlamətləri müşahidə edilir.

Ronaldo Braziliya milli komandasının heyətində iki Dünya Kubokunun, həmçinin Konfederasıya Kubokunun qalibidir. Forvard karyerası ərzində “Kruzeyro”, “PSV Eyndhoven”, “Barcelona”, “​​İnter Milan”, “Real Madrid”, “Milan” və “Korintians” kimi klublarda çıxış edib. Braziliyalı karyerasını 2011-ci ildə 34 yaşında başa vurub.

Gununsesi.info