
Kriştiano Ronaldonun “Yuventus” klubundan “Mançester Yuanayted”ə keçidi ilə bağlı razılıq əldə olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi səhifəsi məlumat yayıb.
Bildirilib ki, Premyer Liqa təmsilçisi Ronaldonun transferi ilə bağlı İtaliya “Yuventus”u ilə razılıq əldə edib. Futbolçunun özü ilə də müqavilənin detalları razılaşdırılıb.
Kriştiano tibbi müayinədən keçdikdən sonra “Mançester Yunayted”in heyətində çıxış edəcək. Bu transfer 25 milyon avroya başa gəlib. 2003-2009-cu illərdə də “Mançester Yunayted”də oynamış portuqaliyalı hücumçu 12 ildən sonra əvvəlki klubuna qayıdıb.
Qeyd edək ki, Ronaldo mançesterlilərlə üç dəfə İngiltərə çempionu, iki dəfə Liqa kubokunun, bir dəfə ölkə kubokunun, 2008-ci ildə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub.
Gununsesi.info