Ronaldo “Mançester Yunayted”ə qayıtdığına görə peşmandır

  • By admin
  • 11 Fevral 2022 18:24

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo “qırmızı şeytanlar”a qayıtdığına görə peşmandır.  

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb. 37 yaşlı hücumçu komandasını dəyişmək üçün agenti Jorje Mendeşlə danışıqlar aparır.

Hazırda komandaya baş məşqçilik edən Ralf Ranqniklə dil tapa bilməməsi onun formasına əhəmiyyətli dərəcədə təsir edib.

Qeyd edək ki, Ronaldo komandada ardıcıl 5 oyundur qol vura bilmir.

 

Gununsesi.info