Ronaldo Messinin köynəyini geyindi – GÜLÜŞ HƏDƏFİ OLDU

  • By admin
  • 22 İyul 2017 12:05

cristiano-ronaldo-fark-etmeden-messi-tisortu-9859269_3783_o

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Real Madrid klubunun ulduz futbolçusu Kristiano Ronaldo üstündə Lionel Messinin qol sevincini əks etdirən və “əfsanə” yazılan köynək geyinib.

Məlumdur ki, futbol dünyasının ən böyük iki ulduzu olan Ronaldo və Messi arasında hər oyunda rəqabət gedir. Bu səbəbdən Ronaldonun geyindiyi köynək sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Ronaldonun fərqində olmadan bu köynəyi geyindiyi bildirilir.

Gununsesi.info