Ronaldo sevgilisinə evlilik təklif etdi - FOTOLAR

  • By Günel
  • 11 Avqust 2025 22:13

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.

“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda”, – deyə o üzüyünü paylaşdığı fotoda qeyd edib.

Xatırladaq ki, Ronaldo Corcina ilə 8 ildir birlikdədir. Cütlüyün Alana və Bella adlı iki qızı var. Ronaldonun digər uşaqları isə surroqat anadan dünyaya gəlib.