“Ronaldo təbii istedad deyil”  – İbrahimoviç

  • By admin
  • 30 Dekabr 2016 19:50

qo

 

“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç braziliyalı Ronaldo ilə portuqaliyalı Kriştiano Ronaldonu müqayisə edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, isveçli hücumçu braziliyalı Ronaldonun daha üstün olduğunu deyib:

“Futbol necə oynanılır” sualının cavabı Ronaldo  idi. Məncə, o, II fenomen idi. Onun hər hərəkətinə heyran qalırdıq. Topla davranışı, qaçışı, keçidləri… Ronaldo təbii istedad idi.
O braziliyalını üstün saydığını söyləyib: “Etdiyi hər hərəkətdən sonra ona heyran qalırsan. Tola davranışı, hərəkətləri, qaçmağı… Ronaldo təbii istedad idi. Məşq edərək o vəziyyətə gəlməmişdi. Kriştiano  isə sıx məşqin məhsuludur. Təbii istedad deyil”.

İbrahimoviç “Barselona”da komanda yoldaşı olmuş  Lionel Messi haqda da xoş sözlər deyib.

Gununsesi.info