![](https://www.gununsesi.info/wp-content/uploads/2020/01/cristiano-ronaldo-1-150x113.jpg)
“Yuventus”un forvardı Kriştiano Ronaldo yeni mövsümdə ilk qolunu vurub.
Gununsesi.info bildirir ki, portuqaliyalı “Novara” ilə yoldaşlıq matçında fərqlənməyi bacarıb. Futbolçu bu oyunda hesabı açıb. Oyun 5:0 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb.
Xatırladaq ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə İsveç üzərində 2:0 hesablı qələbəsi zamanı Ronadlo 100-cü qolunu vurmuşdu. O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən (109 qol) geri qalır.
Gununsesi.info