Ronaldodan yeni rekord

  • By admin
  • 17 Aprel 2022 11:06

“Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Gununsesi.info xəbər verir ki, Ronaldo İngiltərə Premyer Liqasında bir mövsümdə 15 qol vuran yaşı 36-dan yuxarı ilk futbolçudur.

Xatırladaq ki, 37 yaşlı hücumçu ölkə çempionatının 33-cü turunda “Norviç”lə oyunda (3:2) het-trik edib.

Gununsesi.info