Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi ləğv edilib - SƏBƏB

  • By admin
  • 23 Noyabr 2022 00:34

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsi ləğv edilib.

Bu barədə Gununsesi.info klubun rəsmi Tvitter hesabına istinadən bildirir.

HTML tutorial

Verilən açıqlamada deyilir: “Cristiano Ronaldo dərhal qüvvəyə minəcək qarşılıqlı razılaşma əsasında “Mançester Yunayted”dən ayrılır. Klub ona “Old Trafford”da işlədiyi iki müddət ərzində verdiyi böyük töhfələrə görə təşəkkür edir”.

Hökm 37 yaşlı futbolçunun klubu tənqid etdiyi və məşqçi Erit ten Haqa “hörmət etmədiyini” bildirdiyi müsahibəsindən sonra verilib.

Hazırda Portuqaliya Milli Komandası ilə Qətərdə olan Ronaldo deyib: “Mançester Yunayted ilə müzakirələrdən sonra qarşılıqlı olaraq müqaviləmi vaxtından əvvəl ləğv etmək qərarına gəldik. Mən “Mançester Yunayted”i və azarkeşləri sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram”.

Tərcümə:

Mais

Gununsesi.info