“Yuventus”un hücumçusu Kriştiano Ronaldoya qarşı zorlama maddəsi üzrə açılmış cinayət işi bağlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi model Ketrin Mayroqanın könüllü təşəbbüsü ilə yekunlaşıb. Bu barədə Las-Veqas məhkəməsi ötən ay qərar çıxarıb.
Xatırladaq ki, Mayroqa Ronaldonun 2009-cu ildə Las-Veqasda gecə klublarının birində ona təcavüz etdiyini iddia etmişdi. Ronaldo isə bu ittihamı qəbul etmirdi.