“Ronaldoya qarşı oynamaq xoş idi” – Millimizin futbolçusu

  • By admin
  • 07 Aprel 2021 22:20

Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev futbol üzrə Azərbaycan milli komandasındakı debütündən danışıb.

Gununsesi.info xəbər verir ki, 24 yaşlı hücumçu klubunun rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya (0:1) və Serbiyaya (1:2) qarşı oyunlardan, eləcə də Qətərlə yoldaşlıq matçındakı çıxışından söz açıb:

“Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az sakitləşəndə mən millidə oynamağın, Kristiano Ronaldo, Bruno Fernandes, Duşan Tadiç kimi futbolçulara, ümumiyyətlə Portuqaliya və Serbiya yığmalarına qarşı mübarizə aparmanğın nə qədər şərəfli və gözəl olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi”.

Nuriyev yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: “Dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyimə ümidvaram”.

 

Gununsesi.info