Ronaldu daha bir rekorda imza atdı

  • By admin
  • 04 Yanvar 2021 14:46

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu daha bir rekorda imza atıb. İtaliya çempionatının 15-ci turunda “Udineze” üzərində 3:0 hesablı qələbə qazanan “Yuventus”da o dubla imza atıb.

 

Gununsesi.org xəbər verir ki, futbolçu rəsmi matçlarda 758-ci qolunu vurub.

Bununla 35 yaşlı forvard əfsanəvi braziliyalı Peleni geridə qoyub. Futbol kralı 812 görüşdə 757 dəfə rəqib qapılarına yol tapıbsa, Ronaldonun bu göstəricini keçmək üçün 1032 matça ehtiyacı olub.

 

Qeyd edək ki, qol sayına görə mütləq rekord 1931-1955-ci illər ərzində 759 qol vuran çexiyalı Jozef Biscana məxsusdur.

Gununsesi.org