“Yuventus”un portuqaliyalı futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının XXVI turu çərçivəsində keçirilən “İnter”lə oyundan öncə maraqlı hərəkəti ilə gündəmə gəlib.
Gununsesi.org xəbər verir ki, koronavirus infeksiyasının İtaliyada çox yayılması səbəbindən Turin şəhərindəki matç azarkeşsiz oynanılıb.
Ancaq portuqaliyalı hücumçu avtobusdan düşüb stadiona gəldikdən sonra özünü azarkeşlər önündə hiss edib və gözə görünməz azarkeşlərlə salamlaşıb.
Qeyd edək ki, bu matçda “Yuventus” 2:0 qalib gələrək yenidən turnir cədvəlinin liderinə çevrilib. Bu matçda ilk qolun məhsuldar ötürməsini məhz Kriştianu Ronaldu verib.