Ronaldu infeksiyaya yoluxdu, millinin oyunlarını buraxır

  • By admin
  • 03 Sentyabr 2020 16:46

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu sağ ayağındakı barmağında infeksiya olduğu üçün müalicə olunur. 

Gununsesi.info Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu məşqlərini idman zalında fərdi şəkildə davam etdirir. Forvard Antibiotiv müalicəsi alır.

Portuqaliya yığmasının kapitanı Millətlər Liqasında sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveçlə matçlarda komandaya kömək edə bilməyəcək.

 

 

Gununsesi.info