Ronaldu leykemiyalı uşağın arzusunu yerinə yetirdi - VİDEO

  • By admin
  • 09 İyun 2019 18:21

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu, onunla şəkil çəkdirmək istəyən 11 yaşlı oğlana görə, futbol komandasının avtobusunu saxlatdırıb.

Gununsesi.org xəbər verir ki, Ronaldu həmkarları ilə avtobusda olarkən pəncərədən, əlində “Kriştianu Ronaldu, məni qucaqla” yazılı plakatı tutan, oğlanı görüb. Futbolçu dərhal sürücüdən avtobusu saxlamasını xahiş edib. K. Ronaldu uşağı yanına dəvət edərək onunla şəkil çəkdirib.