Ronaldu milli komandada ən çox qol vuran futbolçular siyahısında ikinci pilləyə yüksəlib

  • By admin
  • 20 İyun 2018 17:27

Картинки по запросу ronaldo
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Mərakeş yığması ilə görüşdə fərqlənməklə yığma komandalar tarixində ən çox qol vuran futbolçular siyahısında irəliləyib.

Gununsesi.info-nun məlumatına görə, 33 yaşlı hücumçu yığmada 85-ci qoluna imza atıb. Bununla da Ronaldu 84 qola malik macarıstanlı Ferents Puşkaşı arxada qoyub. O, ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir. Daei isə 2006-cı ildə milli komanda ilə vidalaşıb və növbəti il karyerasını başa vurub. Puşkaş isə 2006-cı ildə dünyasını dəyişib.