Madrid “Real”ı klubdan gedəcəyi təqdirdə Kriştianu Ronaldunu əvəzləyəcək futbolçuların siyahısını müəyyənləşdirib.
Gununsesi.info-nun verdiyi xəbərə görə, siyahıya PSJ-nin şərəfini qoruyan Neymar başçılıq edir, ikinci isə onun komanda yoldaşı Kilian Mbappedir.
Üçüncü yerdə “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azardır.
Lakin PSJ-nin hər iki forvardının müqaviləsində onların dəqiq satış qiymətii göstərilməyib. Buna görə də “Real” üçün Neymar və ya Mbappenin transferini həyata keçirmək çətinliklərlə üzləşə bilər.