Ronaldunu kim əvəz edəcək?

  • By admin
  • 10 İyul 2018 10:17

 

Madrid “Real”ı klubdan gedəcəyi təqdirdə Kriştianu Ronaldunu əvəzləyəcək futbolçuların siyahısını müəyyənləşdirib.

Gununsesi.info-nun verdiyi xəbərə görə, siyahıya PSJ-nin şərəfini qoruyan Neymar başçılıq edir, ikinci isə onun komanda yoldaşı Kilian Mbappedir.

Üçüncü yerdə “Çelsi”nin hücumameyilli yarımmüdafiəçisi Eden Azardır.

Lakin PSJ-nin hər iki forvardının müqaviləsində onların dəqiq satış qiymətii göstərilməyib. Buna görə də “Real” üçün Neymar və ya Mbappenin transferini həyata keçirmək çətinliklərlə üzləşə bilər.