Rusiya ABŞ ilə hava səyahətlərini bərpa etməyə hazırdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov “Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə bildirib.
“Ümumiyyətlə, biz hazırıq”, – deyə Yadrov qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında hava nəqliyyatı bərpa edildikdə, Amerika aviadaşıyıcılarının daha rahat şəraitə sahib olacağını anlamaq vacibdir.












