
Rusiyanın ən böyük neft şirkəti “Rosneft” hökumətdən neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumundan qorumaq üçün kompensasiya tələb edir.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin rəhbəri İqor Seçinin baş nazir Mixail Mişustinə ünvanladığı məktubda deyilir.
Bildirilir ki, “Rosneft” terror xarakterli risklərin artması səbəbindən neft obyektlərini dronlardan fiziki cəhətdən qorumaq üçün geniş və bahalı tədbirlər həyata keçirməyə məcburdur.
O xatırladıb ki, daha əvvəl pilotsuz təyyarələrin zərbələrindən sonra Rosneft Sızran, Ryazan, Kuybışev və Tuapse neftayırma zavodlarında blokların fəaliyyətini dayandırıb.
“Rosneft”in rəhbəri sanksiyalara görə neft emalı zavodunun modernləşdirilməsi ilə bağlı problemləri də qeyd edib. Qeyd olunan bu problemler avadanlıqların tədarükünü məhdudlaşdırıb, logistika və tikinti işləri üçün xərclərin artmasına səbəb olub.
Bildirilir ki, son bir ildə Rusiyanın ən böyük enerji şirkətləri ən azı 1 milyard rubl xərcləyib.
Bununla belə, dron əleyhinə silahlar, dronlar üçün sabit elektron aşkarlama və söndürmə sistemləri, eləcə də uçan obyektləri saxlamalı olan gərgin torlar neftayırma zavodunun təhlükəsizliyinə kömək etməyib.
2024-cü ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələri Rusiyaya asimmetrik cavab olaraq Rusiyanın yanacaq-energetika obyektlərinə hücum edib.
Beş ay yarım ərzində Rusiya neftayırma zavodları və neft anbarları 30 dəfədən çox hücuma məruz qalıb.
Hesablamalara görə, qəzalar və xarici təsirlər nəticəsində aprel ayında Rusiya neft emalı zavodlarının ümumi gücünün 17%-ni və ya sutkada 150,9 min ton məhsul verən avadanlıqlar boş qalıb.
Bu fonda Rusiyadan neft məhsullarının ixracı da azalıb.
Daha bir məlumata görə, aprel ayında xaricə ötən ilin eyni ayı ilə müqayisədə 24% az mazut, 20% az nafta və 28% az dizel ixrac edilib.
Qeyd edək ki, Rusiyanın Avropa hissəsindəki bütün iri neft emalı zavodları hücuma məruz qalıb.
Şəbnəm
Gununsesi.info