Büdcəsi 20 milyon $ olan Data Mərkəz Ermənistanın Abovyan şəhərində fəaliyyətə başlayıb.
Gununsesi.info -nun verdiyi xəbərə görə, bu vəsaitin yalnız 1.5 milyonunu Ermənistan hökuməti verib. Qalan vəsaiti isə Rusiyanın Rostelekom şirkətinin buradakı qurumu, GNC-ALFA-nın yeni adla fəaliyyətə başlayan OVİO şirkəti investisiya edib.
Xatırladıram ki, Ermənistanın bütün telekommunikasiya və intetnet üzrə magistral şəbəkəsinin 80%-i Rusiyanın bu qurumuna məxsusdur . Maraqlıdır ki, müharibədən sonra Rostelekom tələm- tələsik bu bölgədən çəkilmək istəyirdi, şirkəti 25 milyon $ -a satışa çıxarmışdı.
Ermənistan hökuməti bu prosesə əl qoymuşdu. Lakin sonradan Rostelekomla Ermənistan hökuməti anlaşa bildilər. Ermənistanda əsas data emalını və bulud xidmətlərini reallaşdıracaq OVİO data mərkəzi Tier III standartı əsasında tikilib.
P.S Rusiya ilə münasibətlərdən şikayətlənsələr də görünən odur ki, Ermənistana ən böyük investisiya yatıranlardan birisi də elə Rusiyadır.