Rostov vilayətində güclü partlayış olub - Foto

İyulun 20-nə keçən gecə Rusiyanın Rostov vilayətində Milerovo hərbi aerodromunun ərazisində partlayış səsləri eşidilib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, partlayışların aerodrom və neft bazası yaxınlığında baş verdiyi məlum olub.

Bildirilir ki, 1-ci qarışıq aviasiya diviziyasının 31-ci qırıcı aviasiya alayı burada yerləşir.

Yerli sakinlər bildiriblər ki, Dolotinka yaxınlığındakı Millerov aerodromunun ərazisində PUA-nın zərbəsi və 16-dan çox partlayış olub.

Neft bazası ərazisində də partlayışlar olub.

Monitorinq qrupu bildirir ki, uçuş-enmə zolağı və təyyarələrin dayanacağı ərazisində yanğın qeydə alınıb.

Rostov vilayətinin qubernatoru 26 PUA-nın kütləvi hücumunun dəf edildiyini bildirib.

 

 

 

 

Şəbnəm

Gununsesi.info