Rostovda qatarların, Lipetskdə avtomobillərin hərəkəti dayandırıldı

  • By admin
  • 24 İyun 2023 20:54

Rusiyada hərbi üsyana cəhdlər bağlı fövqəladə tədbirlər barədə xəbərlər yayılmaqda davam edir.

Belə ki, Rostov-Dondakı əsas avtovağzalında bütün reyslər təxirə salınıb.

Bununla yanaşı, Lipetsk vilayətində regional əhəmiyyətli yolların bir hissəsində nəqliyyatın hərəkəti dayandırılıb. Bölgədəki avtomobil yolları hərbi texnikanın keçidini tamamilə dayandırmaq üçün qazılıb.

Həmçinin, Moskva vilayətində iyulun 1-dək kütləvi tədbirlərə qadağa qoyulub.

Gununsesi.info