Rövnəq Abdullayev 2 min 610 nəfəri çörəksiz qoyub - 2015-ci ildə

  • By admin
  • 05 Avqust 2016 10:46

rovneq

 

2015-ci ildə SOCAR-ın işçilərinin ümumi sayı 52 min 104 nəfər olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, şirkətin açıqladığı hesabata əsasən 2014-cü ilin sonuna SOCAR-ın əməkdaşlarının sayı 54 min 714 nəfər idi. Beləliklə, il ərzində 2 610 nəfər SOCAR-ın sıralarını tərk edib.

2015-ci ildə SOCAR Azərbaycanın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 4 zavod, 2 trest və 1 institut daxil olmaqla 25 struktur bölməsi fəaliyyət göstərir.

Hesabatda deyilir ki, qeyd edilən dövr ərzində dünya bazarında neftin qiymətinin qeyri-stabil olmasına baxmayaraq SOCAR neft-qaz hasilatı və neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də ixrac öhdəliklərinə əməl edib.

 

Gununsesi.info