Rövnəq Abdullayev də UEFA-nın Konqresində iştirak edir

  • By admin
  • 05 Aprel 2017 13:17

thumb_20160225024708730
Bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərində UEFA-nın 41-ci növbəti Konqresi keçirilir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.

Konqresin gündəliyinə daxil olunmuş məsələlərdən biri UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsidir.

Xatırladaq ki, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.

Anar
Gununsesi.info