Rövnəq Abdullayev keçmiş bələdiyyə sədrinə yüksək vəzifə verdi

  • By admin
  • 15 Aprel 2018 01:03

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub. 

Gununsesi.info xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Əbülfəz İsmayıl oğlu Babayev Emal üzrə vitse-prezident David Məmmədovun müşaviri təyin olunub.
Qeyd edək ki, Ə. Babayev 2005-2016-cı illərdə Sumqayıt şəhər Bələdiyyəsinin sədri olub.
O, texnika elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.
Gununsesi.info