Rövnəq Abdullayevin Fransa arzusu gözündə qaldı

  • By admin
  • 11 İyul 2016 09:50

rovneq

 

“Avro-2016”nın final oyunu ərəfəsində Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.

Gununsesi.info “Azərtac”a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov futbol üzrə Avropa çempionatında UEFA-nın rəsmi tərəfdaşı olan SOCAR-ın ötən bir ay müddətində uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək, bunun SOCAR-ın ilk sponsorluğu olduğunu və şirkətin üzərinə düşən yükün öhdəsindən müvəffəqiyyətlə gəldiyini diqqətə çatdırıb. Bir ay əvvəl Fransanın finala çıxmasını arzuladığını və bu gün arzusunun reallaşdığını deyib. O, “Avro-2016”nın təşkilinə görə UEFA menecerlərinə, eləcə də Fransa hökumətinə təşəkkür edib. Futbol ailəsi üzvlərinin əl-ələ verib gələcəkdə də böyük yarışlar keçirəcəklərinə əminliyini bildirib.

Parisin 7-ci rayonunun meri Raşida Dati SOCAR-a sponsorluğuna və tərəfdaşlığına görə təşəkkürünü bildirib. R.Dati deyib.

Sonda FİFA-nın prezidenti Ciani İnfantino “Avro-2016”nın təşkilatçılarına və SOCAR-a tərəfdaşlığa görə təşəkkür edib. Bu axşam Parisdə Azərbaycan qonaqpərvərliyinin şahidlərini 2020-ci ildə ölkəmizdə keçiriləcək “Avro-2020” futbol yarışlarına və bu yarışlardan əvvəl də Bakıya gəlməyə dəvət edib. O, iştirakçıları əmin edib ki, onlar Bakıda özlərini Fransadakı kimi hiss edəcəklər.

Qeyd edək ki, tədbirdə əfsanəvi futbolçular Ruud Qullit və Kristian Vyeri də iştirak edib.